Qəribə Fletçer ailəsi: əkiz oğullar fərqli yığmalarda

“Mançester Yunayted”in sabiq futbolçusu Darren Fletçerin oğulları fərqli milli komandalarda bir-birinə qarşı oynayacaq. Əkizlər – Teylor ve Cak top oyununun sirrlərini birlikdə öyrənsə də, eyni yığmanı seçməyib.

15 yaşlı uşaqlar ataları kimi, əvvəlcə Şotlandiya millisində çıxış etdi, ancaq son vaxtlar Cak İngiltərə millisindən rədd edə bilmədiyi təklif aldı. Yekunda onlar bir meydanda üz-üzə gəldi – biri İngiltərənin, digəri Şotlandiyanın U-16 yığmasında.

Daha bir maraqlı fakt ata Fletçerin “Mançester Yunayted”də 200-dən çox oyun keçirməsi, burada məşqçi olmasına rəğmən, oğullarının “Mançester Siti” akademiyasında yetişməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right