"Çelsi" yeni transferini sabiq klubuna göndərdi

"Çelsi" Braziliyanın "Vasko da Qama" klubundan transfer etdiyi Andrey Santosu icarəyə verib.

 

Newsport.az xəbər verir ki, buna səbəb londonluların 18 yaşlı yarımmüdafiəçi üçün İngiltərədə iş vizası ala bilməməsidir. Braziliyalı futbolçu ölkəsinə qayıdıb. O, mövsümün sonuna kimi icarə əsasında "sabiq klubunda çıxış edəcək.

 

"Çelsi" gənc oyunçuya işçi vizası ala bilsə, o, yayda komandaya qoşulacaq.

 

Qeyd edək ki, "Çelsi" Andrey Santosu yanvar ayında "Vasko da Qama"dan 12 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right