Ronaldinyonun oğlu “Barselona” ilə müqavilə imzalayıb

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya “Barselona”sına keçidi rəsmiləşib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Ölkəsində “Kruzeyro”nun yetirməsi olan Joao Mendeş Kataloniya təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”nın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right