Milli komandaya yeni baş məşqçi təyin olundu

Futbol üzrə Ukrayna milli komandasına müvəqqəti baş məşqçi təyin olunub.

Newsport.az-ın məlumatına görə, yığmanı bir müddətlik Ruslan Rotan çalışdıracaq. Bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Millini daha sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubuna rəhbərlik edən Sergey Rebrov çalışdıracaq. 42 yaşlı mütəxəssis Asiya təmsilçisindən ayrıldıqdan sonra onunla DÇ-2024-ün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right