"Çelsi"nin baş məşqçisi ilə bağlı qərar verildi

İngiltərənin "Çelsi" klubu baş məşqçi Qrem Potterlə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi uğursuz nəticələrə rəğmən 47 yaşlı mütəxəssislə yola davam edəcək. Komanda hətta Premyer Liqanın 26-cı turunda "Lids Yunayted"ə və Çempionlar Liqasında "Borussiya"ya məğlub olsa belə, qərar dəyişməyəcək.

Qeyd edək ki, Qrem Potter ötən ilin sentyabr ayında "Çelsi"nin baş məşqçisi təyin olunub. "Mavilər" İngiltərə Premyer Liqasında 31 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Çelsi" Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyununda səfərdə Dortmund "Borussiya"sına 0:1 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right