La Liqa klubunun futbolçusu üçün mövsüm erkən bitdi

İspaniyanın "Betis" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən olan Nabil Fekir sıradan çıxıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

La Liqanın 23-cü turunun "Elçe" ilə matçında zədələnən fransalı vingerin durumu ciddidir. Diz bağları qopan 29 yaşlı futbolçu mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Nabil Fekir "Betis"ə 2019-cu ilin yayında "Lion"dan transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right