"Fənərbaxça"ya azarkeş qadağası

"Fənərbaxça" Türkiyə Super Liqasının 24-cü turunda səfərdə "Kayserispor"un qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, bu matçda İstanbul təmsilçilərinin azarkeşləri komandalarını dəstəkləyə bilməyəcək. Bu barədə Kayseri Təhlükəsizlik Surası qərar qəbul edib.

 

"Fənərbaxça" rəsmi saytı vasitəsilə yaydığı açıqlamada bu qərarın qəbulolunmaz olduğunu bildirib.

 

Qeyd edək ki, "Kayserispor" - "Fənərbaxça" qarşılaşması 4 mart tarixində Bakı vaxtilə saat 20:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right