"Beşiktaş"ın futbolçusu yenə zədələndi

"Beşiktaş"ın futbolçusu Raşid Gezzal "Antalyaspor"la matçdan öncə isinmə hərəkətləri zamanı sıradan çıxıb.

 

Newsport.az xəbər verir ki, 4,5 aylıq zədədən sonra ilk rəsmi oyuna çıxmağa hazırlaşan 30 yaşlı vingerin əzələsində problem aşkarlanıb. Əlcəzairli futbolçu ən zaı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Raşid Gezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right