PSJ-nin müdafiəçisi üçün mövsüm erkən bitdi

Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.

 

Newsport.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Prensel Kimpembe sıradan çıxıb. 27 yaşlı futbolçu ölkə çempionatının 25-ci turunun "Marsel"lə matçında zədələnib.

 

Fransalı mərkəz müdafiəçisinin durumu ciddidir. Topuğundan xəsarət alan təcrübəli oyunçu mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Prensel Kimpembe PSJ-nin yetirməsidir. Fransa millisinin üzvü cari mövsümdə paytaxt klubunun heyətində 15 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right