İran - Rusiya oyununun vaxtı açıqlandı

Rusiya millisinin İranla keçirəcəyi yoxlama oyununun vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İran Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qarşılaşma martın 23-də, Tehranda keçiriləcək.

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Rusiya millisi 2022-ci ildə üç yoldaşlıq oyunu keçirib. Komanda Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right