Rusiyanın "Ural" klubunun əvəzedici və U-19 komandalarının qapıçısı olan David Alekseyev vəfat edib.
Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı qolkiperin ölüm səbəbi açıqlanmayıb.
David Alekseyev "Ural"ın yetirməsidir. Gənc qapıçı 2021-ci ildə əsas komanda ilə təlim-məşq toplanışında da iştirak edib.