"İnter" səfərdə məğlub oldu

İtaliya A Seriyasında 24-cü turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün "İnter" səfərdə "Bolonya"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

24 turdan sonra 47 xal toplayan "İnter" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Milanlılar lider "Napoli"dən 18 xal geridədir. Xallarını 35-ə yüksəldən "Bolonya" isə 7-ci yerdədir.

"Bolonya" - "İnter" 1:0

Qol: Rikkardo Orsolini, 76





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right