Millimizin üzvü Gürcüstanda debüt etdi, komandası qələbə qazandı

Futbol üzrə Gürcüstan çempionatında yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın U-21 millisinin üzvü Abdulla Xaybullayevin formasını geyindiyi "Samtrediaya" doğma meydanda "Telavi"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Abdulla Xaybullayev də bu görüşün iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Abdulla Xaybullayev müqavilə ilə "Sabah"a məxsusdur. O, icarə əsasında Gürcüstan klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right