Mahir Emrelinin komandası “Fənərbaxça”ya böyük hesabla uduzdu

Türkiyə Super Liqasında 23-cü turdan təxirə salınmış oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün 2 oyun baş tutub.

“Fənərbaxça” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini heyətinə qatan Konya təmsilçisi səfərdə darmadağına üzülüb. Mahir bu görüşün iştirakçısı olmayıb. Üç qolun qeydə alındığı “Girəsunspor” – “Kayserispor” matçında isə qonaqlar qalib gəliblər.

Hazırda 54 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 48 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncü pillədə qərarlaşıb. 

Türkiyə Super Liqası
23-cü turun oyunları
25 fevral

Fənərbaxça – Konyaspor 4:0
Qol:
Valensiya, 13-pen; 45+6. Kinq, 61. Salai, 78.

Girəsunspor – Kayserispor 1:2
Qol:
Bayiç, 58 – Mane, 6. Tiam, 40.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right