İngiltərə Premyer Liqa klubu 4 il ölkəmizdə işləmiş məşqçiyə tapşırıldı

Ruben Selleş rəsmən “Suthempton”un baş məşqçisi təyin edildi. Natan Consun istefaya göndərilməsindən sonra əvəzləyici kimi işə davam edən ispan mütəxəssis, indi mövsümün sonuna kimi bütün səlahiyyətlərə sahib olacaq.

2012-14-cü illərdə “Neftçi”də, 2015-17-ci illərdə “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi işləyən 39 yaşlı ispan, ötən ildən İngiltərə klubundadır. O, yaxınlarda açıqlama verərək Azərbaycanda çalışdığı dövrü xoş xatirələrlə yad etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right