İngiltərə millisinin üzvü Cordan Pikford klubunu dəyişməyəcək. Bir sıra İngiltərə klublarının hədəfində olan qapıçı “Everton”da qalacaq.
Newsport.az xəbər verir ki, liverpulluların Premyer Liqadan enmək təhlükəsinin olmasına baxmayaraq, Cordan klubuna sadiq qalıb. 2017-ci ildən çıxış etdiyi “Everton”la birillik anlaşması qalan qolkiper müddəti daha iki il uzadacaq.
Tərəflər artıq razılığa gəlib və tezliklə rəsmi açıqlama veriləcək.