"Yuventus"u məğlub etsək, əfsanə olacağıq"

"Nant"ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının pley-off mərhələsində "Yuventus"a qarşı keçiriləcək cavab oyunu haqda danışıb.

Newsport.az "ITASportPress"ə istinadən xəbər verir ki, o deyib: “Rəqiblərimiz güclüdür, lakin biz çox motivasiyalıyıq. "Nant"ın heç vaxt edə bilmədiyi şeyi etmək istəyirik. İtaliya klubunu turnirdən kənarlaşdırmaq niyyətindəyik. Əgər onları məğlub edə bilsək, o zaman əfsanə olacağıq".

Qeyd edək ki, bu gün keçiriləcək “Nant” - “Yuventus” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Bu komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, "Nant" Avroliqada bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right