Salah Droqbanın rekordunu təkrarladı

"Liverpul"un futbolçusu Məhəmməd Salah Didye Droqbanın rekordunu təkrarlayıb.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, misirli hücumçu bunu Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirilən oyunda (2:5) edib.

Salah 15-ci dəqiqədə fərqlənərək 44 qolla buna qədər turnirin ən məhsuldar afrikalı oyunçusu olan “Çelsi”nin sabiq forvardı Didye Droqbaya çatıb.

Samuel Eto 30, Sadio Mane 27, Riyad Mahrez 19 qolla növbəti yerlərdə qərarlaşıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right