“Oyunun necə başladığını nəzərə alsaq, qələbə asan olmadı. İnamımızı itirmədik və yavaş-yavaş topa nəzarət etdik. Hücumda təsirli olduq. Vinisius inanılmaz oyun keçirdi".
Newsport.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
"Hesab 0:2 olan zaman eyni şeyin reallaşacağına ümid edərək "Mançester Siti" ilə oyunda etdiyimiz geridönüş haqqında düşünürdüm. Bunu daha da yaxşı bacardıq. Qol vurmağa, təhlükə yaratmağa başladıq, müdafiədə daha yaxşı oynadıq" - deyə o bildirib.
Ançelotti sözügedən görüşdə dubla imza atan Vinisius Junior haqda müsbət fikirlər səsləndirib: “Məncə, Vinisius Junior hazırda dünyanın ən təhlükəli oyunçusudur. O, matçların nəticələrinə daim qərar verən şəxsdir”.
Mütəxəssis hələ heç nəyin bitmədiyini söyləyib: "Biz bu qarşıdurmanın yalnız ilk hissəsini oynadıq. Bu gün uğur qazandıq, amma hazırlaşmaq lazımdır. İkinci matçda dözməli və çalışmalı olacağıq. Biz mübarizəni davam etdirdiyimiz bütün turnirlərin kubokunu qazanmaq istəyirik".