Messi yenidən Barselonada

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya yollanıb.Newsport.az xəbər verir ki, argentinalı superulduz ötən il Qətərdə keçirilən dünya çempionatından sonra ilk dəfə İspaniyaya gedib.
 
Yerli jurnalist Viktor Navarro 36 yaşlı oyunçunun ailəsi ilə birlikdə Barselona hava limanında çəkilən videosunu tvitter hesabında paylaşıb. Fransa çempionatında “Lill” üzərində 4:3 hesablı qələbədən sonra PSJ-də oyunçulara iki gün istirahət verilib.
 
Messinin səfər zamanı “Barselona” rəhbərliyi ilə görüşməsi də istisna edilmir.
 
Qeyd edək ki, PSJ növbəti oyununu fevralın 26-da “Marsel”ə qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right