“Real” “Liverpul”la oyuna ciddi itkilərlə çıxacaq

“Real” “Liverpul”la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda iki əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Newsport.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, Orelyen Tçuameni və Toni Kroos İngiltərədəki görüşdə iştirak etməyəcək.

Hər iki yarımmüdafiəçi bir gün əvvəl xəstəlik səbəbindən məşqə çıxmayıb. “Real”ın müdafiəçisi Ferlan Mendi isə zədəli olduğu üçün ÇL matçında olmayacaq.

Fevralın 21-də keçiriləcək “Liverpul” – “Real” matçı saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right