"Trabzonspor" Rusiya çempionatında diqqətçəkən performans sərgiləyən Timur Süleymanovu transfer etmək istəyir.
Newsport.az-ın məlumatına görə, Türkiyə çempionu hazırda "Pari Nijnı Novqorod"da çıxış edən 22 yaşlı forvard üçün hərəkətə keçib.
Klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq Süleymanov "Trabzonspor"a keçmək niyyətindədir. O, bu mövsüm Premyer Liqada meydana çıxdığı 16 matçda 7 qol vura bilib.
"Lokomotiv"(Moskva) yetirməsi olan Timur “Kazanka”da oynadıqdan sonra 2021-ci ildə “Pari Nijni Novqorod”a keçib.