"İnter" Türkiyə millisinin üzvünün müqavilə müddətini artırmaq istəyir

"İnter"in baş direktoru Cüzeppe Marotta Hakan Çalhanoğlunun komandada qalıb-qalmayacağına aydınlıq gətirib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi türkiyəli futbolçu ilə yeni müqavilə haqda danışıq apardıqlarını söyləyib:

"Hazırda onunla müqavilə müddətinin uzadılması üzərində işləyirik. Onun agentləri ilə danışıqlar aparırıq. Tərəflərin razılığa gələcəyi gözlənilir. Bu məsələdə pozitiv düşünürəm".

Hakanın “İnter”lə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right