"Fənərbaxça"nın forvardı Polşa klubuna doğru

Türkiyə millisinin forvardı Sərdar Dursun bu mövsüm oynamaq şansı tapmadığına görə “Fənərbaxça”dan ayrılmaq istəyir.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçunun Polşaya yollanacağı gözlənilir. Jorje Xesusun planlarına daxil olmayan Dursun “Rakov”a yollana bilər.

Polşalılar artıq Sərdar üçün rəsmi təklif irəli sürüb. Polşada “transfer pəncərəsi” fevralın 28-də başa çatacağından hazırda danışıqlar davam edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right