"Çelsi" ona 80 milyon avro ödəməyə hazırdır

"Çelsi" 2023-cü ilin yayında "Atletiko"nun hücumçusu Joao Feliksi birdəfəlik almaq istəyir.

Newsport.az "Cadena Ser"a istinadən xəbər verir ki, London  klubu 23 yaşlı futbolçunun tam transferi üçün təxminən 80 milyon avro təklif edəcək. 

Portuqaliyalı oyunçu yanvarda "Atletiko"dan icarə əsasında "Çelsi"yə keçib. London təmsilçisi Feliksin icarəsi üçün 11 milyon avro ödəyib. 

Qeyd edək ki, Feliks "Çelsi"də 3 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right