"Messi ilə ancaq Pele müqayisə edə bilər"

İngiltərə millisinin sabiq futbolçusu Co Koul argentinalı hücumçu Lionel Messini bütün zamanların ən yaxşı oyunçusu hesab etdiyini bildirib. Newsport.az xəbər verir ki, o, Messinin yalnız Pele ilə müqayisə oluna biləcəyini, Kristiano Ronaldo və Dieqo Maradonanın isə Lioneldən geri qaldığını söyləyib:
 
“Tarixin ən yaxşı oyunçusunun kim olduğu həmişə mübahisələrə açıq olacaq. Amma Messi hər şeyi qazandığı üçün indiki nəsillə bağlı bütün mübahisələrə son qoydu. Əvvəllər dünya çempionatlarında çətinlik çəkirdi və bu, suallar yaradırdı. Artıq o, bunun da öhdəsindən gəldi. Messi kimi futbolçu görməmişəm. Mən onu bütün zamanların ən böyük oyunçusu hesab edirəm. Leo ilə ancaq Pele müqayisə edə bilər. Messi Ronaldo və Maradonanı geridə qoydu”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right