UEFA-dan Türkiyə və Suriya ilə bağlı qərar

UEFA Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələ ilə bağlı qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bu həftə baş tutacaq bütün matçları 1 dəqiqəlik sükutla başlayacaq. Bundan əlavə stadionlarda olan reklam tablolarında türk və ərəb dilində "Sizinləyik" yazısı yer alacaq. Futbolçular və hakimlər istəsələr, qollarına qara sarğı bağlaya bilərlər.

Qeyd edək ki, bir həftə öncə Türkiyənin 10 şəhərində baş vermiş zəlzələ nəticəsində 31 mindən çox insan həyatını itirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right