Millimizin keçmiş üzvü Türkiyə klubunu tərk etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü olan Emre Kaplan "Adanaspor"dan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə 22 yaşsı sol cinah müdafiəçisi instaqram hesabında məlumat paylaşıb. O, "Adanaspor" zəlzələ səbəbindən Türkiyə I Liqasında çıxışını dayandırdığı üçün komandanı tərk edib.

Qeyd edək ki, Emre Kaplan müqavilə ilə "Başakşehir"ə məxsusdur. Müdafiəçi "Adanaspor"a mövsümün əvvəlində icarə əsasında keçmişdi. O, Adana təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right