"Tottenhem"in futbolçusu üçün mövsüm erkən bitdi

İngiltərənin "Tottenhem" klubunun heyətindı ciddi itki baş verib.

 

Newsport.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Rodriqo Bentankur sıradan çıxıb. Uruqvaylı futbolçu Premyer Liqanın 23-cü turunun "Lester Siti" ilə matçında (1:4) zədələnib.

 

Dizindən zədə alan Bentankur əməliyyat olunacaq. 25 yaşlı oyunçunun 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Bu, isə onun üçün mövsümün bitdiyi deməkdir.

 

Qeyd edək ki, Rodriqo Bentankur" "Tottenhem"ə 2022-ci ilin yanvar ayında "Yuventus"dan transfer olunub. Uruqvay millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right