Millimizin sabiq üzvü finalda qol vurdu, komandası ikinci oldu

Moskvada ənənəvi keçirilən “Legends cup” turniri başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının veteran yarımmüdafiəçisi Vyaçeslav Lıçkin “MDB əfsanələri” komandasının heyətində oynayıb.

Onun komandası finalda “Rusiya əfsanələri”nə 4:6 uduzub. 

Millimizin sabiq üzvü bu görüşdə komandasının üçüncü qolunu vurub.

Xatırladaq ki, Lıçkinin komandası bundan əvvəl “Afrika əfsanələri”ni (7:6) və “Ulduzlar” komandasını (8:7) məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right