Almaniyanın "Bavariya” klubu ispaniyalı futbolçusu Tiaqo Alkantara ilə müqaviləsini yeniləyib.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mənbədə yer alan xəbərə görə, Alkantara 2019-cu ilə qədər "Bavariya”nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Alkantara ötən mövsüm ciddi zədə səbəbindən "Bavariya”nın cəmi 13 oyununda iştirak edə bilib.