Sabiq "Qarabağ"lı İngiltərə Premyer Liqası klubunun baş məşqçisi oldu

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Sauthempton" Natan Consla yollarını ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Natan Cons komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib. Komanda Premyer Liqada 15 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Natan Consu müvəqqəti olaraq Ruben Selles əvəz edəcək. İspan mütəxəssis 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da məşqçi kimi çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right