Dünya reytinqi: “Qarabağ” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

143 xala malik “köhlən atlar” ötən ayla müqayisədə 9 pillə irəliləyərək 69-cu sıradadır.

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu 117 xalla 109-cudur.

İlk 3-lükdə müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 265) qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right