"Qalatasaray" və "Fənərbaxça" Türkiyə Superliqasında meydana çıxacaqları son oyunda bir-birləri ilə üz-üzə gələcək.
Newsport.az-ın məlumatına görə, zəlzələ ilə əlaqədar sözügedən klubların çempionatının son oyunundakı rəqibləri "Hatayspor" və "Qaziantep" turnirdə çıxışlarını dayandırıblar. Türkiyə Futbol Federasiyasının qərarına əsasən, "Qalatasaray" və "Fənərbaxça"nın son turdakı rəqiblərinə 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bu səbəbdən İstanbul klubları Superliqada oynayacaqları son matçda bir-birləri üz-üzə gələcəklər. İstanbul derbisi mayın 28-i keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlində "Qalatasaray" hazırda 54 xalla (22 oyun) 1-ci, "Fənərbaxça" 45 xalla (21 oyun) 3-cüdür.