Klublararası dünya çempionatının bu mövsüm üçün ən yaxşı oyunçusu seçilib.
Newsport.az-ın məlumatına görə, "Real"ın futbolçusu Vinisius Junior turnirin ən yaxşı oyunçusuna verilən "Qızıl top"a layiq görülüb. Braziliyalı hücumçu sözügedən turnirdə 3 qol vurub.
"Gümüş top"u Madrid təmsilçisinin yarımmüdafiəçisi Federiko Valverde, "Bürünc top"u isə "Əl-Hilal"ın hücumçusu Lusiano Vietto qazanıb.
Qeyd edək ki, "Real" finalda "Əl-Hilal"ı 5:3 hesabı ilə məğlub edərək turnirin qalibi olub.