Türkiyə Futbol Federasiyası çıxışlarını dayandıran klublarla bağlı qərar verdi

Türkiyə Futbol Federasiyası (TFF) liqalarda çıxışlarını dayandıran klublarla bağlı qərarını açıqlayıb.

Newsport.az qurumun saytına istinadən xəbər verir ki, TFF klubların qərarını təsdiqləyib.  Superliqadan "Hatayspor"la "Qaziantep", 1-ci liqadan "Yeni Malatyaspor" ve "Adanaspor", 2-ci liqadan "Adıyaman", 3-cü liqadan "Niğde Anadolu", "Malatya Arguvan Spor" ölkədə baş vermiş zəlzələ ilə əlaqədar çıxışlarını dayandırıblar.

Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right