Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutacaq. Günün ilk oyununda "Səbail" doğma meydanda "Zirə"ni qəbul edəcək. Bu görüş saat 15:00-da başlayacaq.
Tura "Sumqayıt" - "Şamaxı" qarşılaşması ilə yekun vurulacaq. "Kapital Bak Arena"da keçiriləcək matçın start fiti saat 17:30-da səslənəcək.
Azərbaycan Premyer Liqası
XXII tur
12 fevral (bazar)
“Səbail” – “Zirə” 2-0
Qol: Qomis, 48, Mirabdulla Abbasov, 78
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 15:00
“Sumqayıt” - “Şamaxı” 1:0
Qol: Kərim Abubakar, 24
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 17:30