Türkiyə klubu Mahir Emrelini transfer edir

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı hücumçunun xidmətində "Konyaspor" maraqlıdır. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. 

Super Liqa təmsilçisi Mahir Emrelini satınalma maddəsi ilə icarəyə götürəcək. Transferin bir neçə günə tamamlanacağı bildirilir.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yanvar ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right