“Milan”da Olivye Jiruyla bağlı problem bitmir. Futbolçunun müqaviləsinin yenilənməsi prosesi xırda detallar üzündən aydırdır uzanır.
Newsport.az xəbər verir ki, ötən ay fransız hücumçunu “Everton”a satmaqdan boyun qaçıran “rossonyerlər”, onunla mövsümün sonunda bitəcək anlaşmanı uzatmaqda qərarlıdır. Jiru da bunun əleyhinə deyil, lakin tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələ bilmir.
Əslində, istəklər arasında ciddi fərq yoxdur. Həm klub, həm də hücumçu bir-birinə güşətə gedərək aradakı fərqi yaxınlaşdırıb, son 200 min avronun və bonusların müzakirəsi gedir. 36 yaşlı Jiru illik 3,7 milyon avro + bonuslar istəyir, “Milan” rəhbərliyi isə 3,5 milyon avro ödəməyə hazırdır.
Bu həftə ardıcıl iki görüş olub və tezliklə son detalları müzakirə edib müqavilə müddətini daha bir il uzadacaqlar.