"Hatayspor" Türkiyə Superliqasında çıxışını dayandırdı

Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri olan Hatayı təmsil edən "Hatayspor" Superliqada çıxışını dayandırıb.

Newsport.az-ın məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib. O, "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu bildirib:

"Hatayspor" bununla bağlı TFF-yə məktub göndərib. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik".

Qeyd edək ki, "Hatayspor"un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Demireldir.

Son məlumatlara əsasən qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right