Benzema "Real"a finalda kömək edə biləcək

"Real"ın baş məşqçisi Karlo Ançelotti Klublararası dünya çempionatının yarımfinalında Misirin "Əl-Əhli" (4:1) klubu üzərində qazanılan qələbəsən sonra zədəlilərlə bağlı məlumat verib.

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis "kral klubu"nun aparıcı forvardı Kərim Benzemanın finaldakı görüşdə oynayacağını bildirib:

"Kərim kifayət qədər sağlamdır. Lakin Eder Militao ilə bağlı şübhələr var. Onlar cümə günü məşq edəcəklər və biz onların vəziyyətinə baxacağıq. Karvaxal da məşqlərə qayıdacaq. Marko Asensio isə sağalır".

Xatırladaq ki, “Real” və “Əl-Hilal” klubları arasında keçiriləcək final matçı fevralın 11-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right