Klublararası dünya çempionatının üçüncülük oyununun məkanı dəyişdirildi

Klublararası dünya çempionatının 3-cü yer uğrunda keçiriləcək görüşü Mərakeşin Rabat şəhərindən başqa məkana köçürülüb.

Newsport.az-ın məlumatına görə, Misirin "Əl-Əhli" və Braziliyanın "Flamenqo" klubları arasındakı görüş Tanjer şəhərində keçiriləcək.

Buna səbəb, təşkilatçıların “Real” (Madrid) və “Əl-Hilal” komandaları arasında keçiriləcək final matçı üçün “Prins Mulay Abdellah” stadionunun meydançasını yaxşı vəziyyətdə saxlamaq istəməsidir. 

Əvvəlcə hər iki görüşün fərqli vaxtlarda Rabatda keçiriləcəyi planlaşdırılırdı. Amma stadionun ot örtüynünü normal durumda qalması üçün bu addım atılıb. Üçüncülük görüşü Tanjer şəhərindəki 65 000 tamaşaçı tutumuna malik "İbn Batuta" stadionunda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right