"Milan" fransalının müqavilə müddətini uzatdı

"Milan"ın hücumçusu Olivye Jirunu razı sala bilib.

Newsport.az-ın məlumatına görə, "rossonyerlər" fransalı forvardın müqavilə müddətini 2024-cü ilin yayına qədər uzadıb.

36 yaşlı futbolçunun sonuncu müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulmuşdu.

Jiru bu mövsüm A Seriyasında 19 oyunda 6 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right