“Mançester Yunayted”in sabiq futbolçusu Hari Nevill İngiltərə Premyer Liqasında başverənlər barədə danışıb. Hazırda şərhçi kimi çalışan keçmiş müdafiəçi “Mançester Siti”nin sanksiyalarla üz-üzə qalmasını dəyərləndirib.
Newsport.az xəbər verir ki, Nevill “Siti”nin hazırkı durumla üzləşəcəyini gözləyirmiş: “Mançester klubları, “Real”, “Liverpul” və başqaları sahib opduqlarından daha çox sponsorluq və ticari gəlirlər göstərməyə başlayanda burada hansısa problem olduğu görünürdü. İnsanlar nəyinsə düz getmədiyini başa düşürdü”.
Nevill “Siti”yə söz atıb: “Bu komanda heç vaxt “Mançester Yunayted” qədər böyük olmayacaq. Ancaq indi daha çox pul qazanırlar ki, bu da qəribədir. Cavab vermələri lazımdır”.