"Mançester Siti" Premyer Liqadan kənarlaşdırılsa...

Maliyyə feyr-pley qaydaların pozmaqda ittiham olunan "Mançester Siti"İngiltərə Premyer Liqasından kənarlaşdırılarsa, Çempionşipdən klubu turnirə qəbul etmək tələb olunmur. 

Newsport.az-ın məlumatına görə, bu barədə "The Telegraph" məlumat yayıb. Klub potensial olaraq ilk dörd diviziondan kənarda qala bilər

Bildirilir ki, İngiltərə Futbol Liqasından  (EFL) elitanı tərk edən komandanı  öz bayrağı altında keçirilən yarışlara qəbul etmək tələb olunmur.

Qeyd olunur ki, İngiltərə Premyer Liqasından kənarlaşdırılan klublar aşağı liqada oynamaq üçün EFL-ə müraciət etməlidirlər. Çempionşip, Birinci Liqa və İkinci Liqaya klubları buraxmaq hüququna malik olan EFL-dən aşağı liqaya düşmüş klubu avtomatik olaraq qəbul etmək tələb olunmur. Çünki yalnız 72 komanda EFL-in üzvü ola bilər.

Xatırladaq ki, bundan əvvəl İngiltərə Premyer Liqası 4 illik araşdırmadan sonra “Mançester Siti”ni 2009/2010 mövsümündən 2017/2018 mövsümünə qədər çoxsaylı maliyyə fair-play pozuntularında ittiham etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right