Millinin sabiq çalışdırıcısı vəfat etdi

Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blajeviç uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib. 

Newsport.az-ın məlumatına görə, mütəxəssis 1994-2000-ci illərdə Xorvatiya millisinə rəhbərlik edib və məhz onun rəhbərliyi altında xorvatlar AVRO-96-nın 1/4 finalına yüksəlib, DÇ-98-də isə bürünc medal qazanıb.

Məşqçinin son iş yeri 2015-ci ildə tərk etdiyi Xorvatiya “Zadar”ı olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right