Türkiyənin 2-ci liqasında çıxış edən "İskendurunspor"un məşqçisi İbrahim Halil Ölmez zəlzələ nəticəsində vəfat edib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter hesabı məlumat yayıb. 39 yaşlı məşqçinin cəsədi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, son məlumata görə, fevralın 6-da qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində 7 min 108 insan həlak olub. Onların arasında idmançılar da var.