Bundesliqa klubunun baş məşqçisi açıqlandı

Almaniyanın "Hoffenhaym" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisini Pelleqrino Mataratso çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Pelleqrino Mataratso "Hoffenhaym"ın baş məşqçisi postunda Andre Braytenrayteri əvəz edib. Amerikalı mütəxəssisin son iş yeri "Ştutqart" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right