Çağlar Söyüncüdən etiraz dolu paylaşım “Cəzaların almalıdırlar”

Türkiyə millisinin və İngiltərənin “Lester Siti” klubunun üzvü Çağlar Söyüncü ölkəsində baş verən zəlzələdən istifadə edib qiymətləri qaldıranları tənqid edib.

Newsport.az xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib:

“Bütün ölkə yas içindədir. İnsanların qurtarılması üçün işlər görülürü. Amma insanlıqdan payını almamış şəxsiyyətsizlər oğurluq edir, qiymətləri 5 qat qaldırır. Ədyalların qiymətlərini pik həddə çıxarıblar. Bunları izləmək lazımdır, cəzasız qalmamalıdırlar”.  

Xatırladaq ki, Türkiyədə baş vermiş zəlzələdən sonra ölkədə 7 günlük matəm elan olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right