PSJ-nin hücumçusu Neymar 2022-ci ildə ölkə xaricində çıxış edən ən yaxşı braziliyalı futbolçu seçilib.
Newsport.az-ın məlumatına görə, o, "Qızıl samba" mükafatına sahib çıxıb. 31 yaşlı futbolçu bununla bağlı öz Tvitter hesabında paylaşım edib.
Bununla da hücumçu ardıcıl 3-cü, ümumilikdə 6-cı dəfə dəfə bu mükafatı qazanıb.
Qeyd edək ki, qalib azarkeşlər, jurnalistlər və keçmiş futbolçular arasında keçirilir. 2021-ci ilə qədər bu mükafat Avropada oynayan braziliyalıya verilirdi. 2021-ci ildən isə ölkə xaricində çıxış edən bütün braziliyalılar mükafatı ala bilər.